Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Zərərli vərdişlərdən imtina” mövzusunda seminar

05 oktyabr 2022 | 21:15

Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə”adlı silsilə tədbirlər çərçivəsində “Zərərli vərdişlərdən imtina” mövzusunda seminar keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov acıb, sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli seminarın məqsədi ilə bağlı iştirakçılara məlumat verib.

Seminar məruzələrin dinlənilməsilə işini davam etdirib. Məruzələrdə Masallı rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunun baş inspektoru Samid Əliyev, Masallı Gənclər Evi sosial xidmətlər müəssisəsinin direktoru Fuad Mənsimov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin Layihə və tədbirlər üzrə mütəxəssisi Məlik Nuriyev, Masallı Dövlət Regional Kollecin Tədris İşləri üzrə müdiri Dİlarə Mürşüdova çıxış edib.

Məruzələr dinlənildikdən sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Yekunda Masallı sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Keçidlər