Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Zərifə Əliyeva ömrünün işığı" adlı tədbir

26 aprel 2024 | 18:28
26 aprel 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti və Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunmuş "Zərifə Əliyeva ömrünün işığı" adlı tədbir keçirilmişdir. Tədbiri Masallı RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova açaraq tədbir iştirakçılarından Ulu öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilməsini xahiş etmişdir. Sonra Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin Həkim-Oftalmoloqu Gülnarə Məmmədova məruzə ilə çıxış etdi. Tədbir Masallı Ziyalilar cəmiyyətinin sədri Qardaş Fətullayev, Milli Oftalmologiya mərkəzinin Masallı rayon filialının Cərrah-Oftalmoloqu Orxan Güllərov və Bioloji Təbabət klinikasının Uzman-Oftalmoloqu Ləman İsmayılovanın Zərifə xanım Əliyevanın həyat yaradıcılığında bəhs etməsi ilə davam etdi. Sonda tədbir iştirakçıları birgə xatirə şəklləri çəkdirdilər.
Keçidlər