Masallıda zona müşavirəsi keçirildi
17 iyun 2022 | 20:05
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə cənub zonasının gənclər və idman idarələrinin, gənclər evlərinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, gənclər təşkilatlarının nümayəndələri ilə zona müşavirəsi keçirilmişdir
Əvvəlcə tədbirdə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Müşavirədə Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı, Biləsuvar, Salyan və Neftçala rayonlarından olan nümayəndələr çıxış edərək gənclərin bir aray gətirilməsi həmçinin region gənclərinin daha səmərəli fəaliyyət üçün öz təkliflərini səsləndirib fikir mübadiləsi aparıblar.
Müşavirənin sonunda üç təklif qəbul edilib və növbəti müşavirənin Cəlilabad rayonunda keçirilməsi planlaşdırılıb.