Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Zorakılıqla üzləşən qadınlar üçün 12 məsləhət” adlı məlumat kitabçaları paylanılmış

02 noyabr 2024 | 17:26

02 noyabr 2024-cü il tarixdə Masallı şəhər ərazisində “Zorakılıqla üzləşən qadınlar üçün 12 məsləhət” adlı məlumat kitabçaları paylanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.3-cü bəndinin (məişət zorakılığı ilə mübarizə sahəsində informasiya bülletenlərinin hazırlanması, çapı və əhali arasında yayılması) icrası ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Masallı Rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyinin dəstəyi ilə Masallı şəhər sakinlərinə “Zorakılıqla üzləşən qadınlar üçün 12 məsləhət” adlı məlumat kitabçaları paylanılmışdır.

Qeyd edirik ki, məlumat kitabçalarında gender əsaslı zorakılıq və növləri, faydalı əlaqə nömrələri və qaynar xəttlər, eləcədə qadın sığınacaqların siyahısı, evdə zorakılığa məruz qalanın köməyə çağırış siqnalı kimi  məlumatlar əksini tapmışdır.

Keçidlər