Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA ABADLIQ-QURUCULUQ İŞLƏRİ GENİŞ VÜSƏT ALIB

13 fevral 2024 | 14:38

Masallı Rayon İcra Haminiyyətinin başçısı cənab Araz Əhmədovun vaxtaşırı verilən tapşırıq və tövsiyələrinə əsasən şəhər, kənd və qəsəbələrdə yeni, diqqəti çəkən zövqlə yaşıllıq zolaqları salınır, mövcud park, küçə və prospektlər abadlaşdırılır. Bu baxımdan abadlıq-quruculuq işləri yerlərdə səngimir. Masallıda, fərəh doğuran müvəffəqiyyətlər, örnək olası işlər yetərincədir. Masallıda rayon rəhbərliyindən tutmuş sıravi vətəndaşlara qədər əksəriyyət xeyirxahlıq etməyə, savab işlər görməyə meyillidir.

Hazırda şəhərin Heydər Əliyev və Qurtuluş prospektlərinin, Xətai parkının əsaslı yenidən qurulması və təmiri işləri, işıqlandırılması uğurla davam etdirilir.

Xətai parkının ərazisində yaşıllıq zolaqları salınıb, təzə ağaclar əkilib, əraziyə lazım olan yerlərə tamet daşları döşənib. Parkda bəzi işlər uğurla başa çatdılrılıb. Yaşlı ağacların budanması və müxtəlif füqurlara salınması, eləcə də işıqlandırma sistemlərinin quraşdırılması işləri, vətəndaşların rahat hərəkəti üçün səkilərin çəkilməsi işləri sürətlə davam etdirilir. Hər tərəfdə səliqə-sahman, yaşıllıqlar arasında boylanan gül-çiçəklər ərazilərə xüsusi gözəllik bəxş edir, ürəkləri açır və bunu yaradanlara əhsən deyirsən.

Havaların xoş keçməsi Masallı Yaşıllaşdılrma müəssisəsi və Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçilərinin qayğılarını da artırıb. İndiyədək rayonda salınan Heydər Əliyev parkı, digər park və xiyabanlar şəhərin simasını daha da gözəlləşdirir. Şəhərdə görülən işlər zamanı milli memarlıq üslubları ilə yanaşı müasirlik də tam öz əksini tapıb. Şəhər və kənd parklarında müasir işıqlandırma sistemləri yaradılıb, müxtəlif əyləncə və idman qurğuları, söhbətgahlar quraşdırılıb istifadəyə verilib. 

Masallıda aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsi olan bu cür layihələrin əsas məqsədi sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı və asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ötrüdür.

Keçidlər