Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda erkən nikahla bağlı tədbir

03 iyun 2022 | 10:42
Masallıda erkən nikahla bağlı maarifləndirilimə tədbiri
 
TƏBİB-in təşkilatçılığı ilə Masallı sakinləri erkən nikahın nəticələri ilə bağlı maarifləndiriliblər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə yerli əhalinin və tibb işçilərinin maarifləndirilməsi məqsədilə “Erkən nikahın arzuolunmaz nəticələri və abortun zərərləri”, “Yeniyetmə və uşaqların ginekologiyası” mövzularında təlimlərin keçirilməsinə start verilib.

Qeyd edək ki, həmin layihə çərçivəsində ilk təlimlər cənub bölgəsində, o cümlədən Masallı rayon mərkəzi xəstəxanalarında baş tutub.

TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin koordinatoru Hicran Kazimova və Kliniki Tibbi Mərkəzin 5 saylı qadın məsləhətxanasının müdiri Leyla Məmmədova tərəfindən mövzu ilə bağlı geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər