Masallıda kənd təsərrüfatı məhsullarının həcmi artıb
31 oktyabr 2022 | 18:40
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə ümumi dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz artaraq 147698,9 min manat təşkil etmişdir ki, onun da 83293,3 min manatı və ya 56,4 faizi bitkiçilik, 64405,6 min manatı və ya 43,6 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
Hal-hazırda rayonda payızlıq səpini və dondurma şumu davam etməkdədir. 11771 hektar sahə şumlanmışdır. Dənli bitkilər üzrə buğda 2986, arpa 1803, vələmir üzrə 1711 hektar payızlıq bitkiləri səpilmişdir. 220,9 hektar çəltik sahəsinin 201,83 hektarı biçilmişdir. Rayonda çəltik biçini davam etdirilir.