Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Müəllim ömrü bir çıraqdır” mövzusunda tədbir

04 oktyabr 2024 | 15:44

04 oktyabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında  “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Müəllim ömrü bir çıraqdır”  mövzusunda tədbir keçirilib.

Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açaraq bildirmişdir ki,  5 Oktyabr- Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.

Həmçinin ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. 

Vətənə layiqli və vətənpərvər vətəndaş yetişdirən müəllim vətənin dar günün qələmini yerə qoyub silah da götürə bilir. Bunun bariz nümunəsi kimi deyə bilərik ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində rayondan 15 müəllim düşmənə qarşı döyüşmüşdür.

Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimləri xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. Hər birinizə fəaliyyətinizdə uğur arzu edirəm. Bayramınız mübarək, əziz müəllimlər!

Daha sonra Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev, əməkdaşı Samit İslamov, Göyəçöl kənd tam orta məktəbinin xarici dil müəllimi Lalə İsrafilova, Xırmandalı kənd tam orta məktəbinin coğrafiya müəllimi Həşim Abbasov çıxış edərək  təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu bildirilib.

Həmçinin natiqlər şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələri diqqətə çatdiraraq hər il daha da inkişaf edən təhsilimizə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.

           Tədbirin sonunda “5 Oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibətilə rayonun bir qrup fəal müəllimi təhsil sahəsində xidmətlərinə görə Masallı Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif edilmişdir.

Keçidlər