Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan olan daha bir güləşçimiz Avropa çempionu oldu

18 iyun 2022 | 09:37

Əslən Masallı rayonunun Qızılavar kəndindən olan Qasımzadə Məhəmməd Mübariz oğlu, 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hal hazırda Bakı şəhəri Binə qəsəbəsi 136 saylı tam orta məktəbin 10-cu sinifində təhsil alır.

2013-cü ci ildən yunan-roma güləşi idman növü ilə məşqul olmağa başlamışdır.

2018-ci ildə Gürcüstan Respublikasında keçirilən beynəlxalq  turnirdə turnirin qalibi olmuşdur.2019-cu ildə  Rusia Federasiyasında  təşkil edilən  turnirdə  II yerə layiq görülmüşdür. 2021-ci ildə  Türkiyədə keçirilən yarışda II yerə layiq görülmüşdür. 2019- 2022-ci illərdə Respublika çempionu olmuşdur .

         2022-ci ildə Ruminyada Keçirilən Avropa Çempionatında yunan-roma güləşi üzrə 60 kq çəki dərəcəsində Qızıl medal qazanmışdır. Ilk rəqibi Ermeni idmancisi oldu 8.7 hesabiyla qalib gələrək. Ikinci reqibi Moldova idmancisi oldu onada   9.0 hesabiyla qalib gələrək yarim finalda Finlandiyadan olan rəqibinə qalib gəlmişdir (9.0)  Finalda Gürcü  idmançısını  9.1 hesabıyla məğlub  edərək  Avropa çempionu olmuşdur.

Keçidlər