Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan olan şagird statistik olimpiadanın qalibləri arasında

04 noyabr 2023 | 09:52

“Heydər Əliyev İli” çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında təşkil olunmuş statistik olimpiadanın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, elm və təhsil naziri Emin Əmrullayev olimpiadada iştirak edən şagird və tələbələri təbrik edib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keşməkeşli həyat yolundan və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını vurğulayıblar.
Qeyd etmək istərdik ki, statistik olimpiada ümumilikdə 3106 nəfər şagird, 203 nəfər tələbə iştirak etmişdir. Şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələrinə görə Masallı rayonu Musaküçə kənd Fayəddin Xancanov adına tam orta məktəbin 11-ci sinif şagirdi Kazımzadə Mircəlal Mirkazım oğlu 2-ci yeri tutub.
Şagirdimizi qazandığı qələbə münasibəti ilə təbrik edir və ona yeni uğurlar arzulayırıq.

Keçidlər