Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan olan şəhidlərin 40-cı günü anıldı

30 oktyabr 2023 | 18:57

30 oktyabr 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq mühafizə orqanları idarə-müəssisə, təşkilat, rəhbərləri, ağsaqallar, ziyalılar və sakinlərin iştirakı ilə Masallı şəhər, Xırmandalı, Ərəb, Sığıncaq kəndlərində ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü il tarixində aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş qəhrəman Masallı igidlərinin 40 mərasimi qeyd olunmuşdur.

Mərasim iştirakçıları şəhidlərin məzarını ziyarət etmiş, ruhlarına dualar oxumuş və şəhid ailələri ilə şəhidlərlə bağlı xatirələri bölüşülmüşdür.

Şəhid ailələri onlara göstərilən dövlət qayğısı və diqqətə görə Ölkə Başçısı Cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər