Masallıdan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər
Ölkə Prezidenti cənab İlham Əliyev 2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü təyin olunub.
Prezident təqaüdünə layiq görülmüş tələbələr arasında Masallı rayonundan olan iki tələbə də vardır.
Onlardan biri Boradigah qəsəbə N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin məzunu olmuş Əliyeva Solmaz Tağı qızı və digəri R.Əliyev adına Mollahəsənli kənd tam orta məktəbin məzunu olmuş Həsənzadə Kubra Maqsud qızıdır.
Prezident təqaüdünə layiq görülmüş hər iki tələbəni təbrik edir və onlara uğurlar arzulayırıq.