Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan olan yaralılar hərbi hospitalda ziyarət olundu

19 sentyabr 2022 | 18:57

19 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və Millət vəkili Məşhur Məmmədov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış Masallı rayonundan olan hərbi qulluqçuları ziyarət etmişlər.

Ziyarət zamanı rayon rəhbəri və Millət vəkili yaralılar, Köçəkli kənd sakini Şamıyev Əliş Əhməd oğlu, Viləş kənd sakini Hüseynov Ceyhun Fərəməz oğlu, Qarğalıq kənd sakini Məmmədov Rasim Nicat oğlu, Ərəb kənd sakini Qasımov İbarət Məhərrəm oğlu və Qədirli kənd sakini Quliyev Nərməddin Azər oğlunun səhəti ilə maraqlanmış və onları narahat edən məsələlər barədə söhbət aparmışlar.

Keçidlər