Masallıda pərakəndə ticarət dövriyyəsi 1,5 % artıb
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 352611,6 min manatlıq məhsul satılmış, onun 152234,5 min manatını və ya 43,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200377,1 min manatını və ya 56,8 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.
2021-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 1,5 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 32,6 faiz azalmış, qeyri-ərzaq malları üzrə isə61,2 faiz artmışdır.
Pərakəndə ticarət dövriyyəsinin 40,8 faizi hüquqi şəxslər, 59,2 faizi isəfərdi sahibkarlar tərəfindən satılmış məhsulların həcmi təşkil etmişdir.