Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yeniyetmə cüdoçular arasında region birinciliyi 

15 avqust 2023 | 18:07

Masallıda 15 və 18 yaşa qədər yeniyetmə oğlan və qız cüdoçular arasında cənub bölgəsi üzrə region birinciliyi keçirilir.

Avqustun 15-də, Masallı Olimpiya İdman Kompleksində yarışların açılış mərasimi olub.

Əvvəlcə Dövlət Himnimiz səslənib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri, Əməkdar idman ustası Natiq Bağırov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov, Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli şəhid qardaşlarının anası Ziba Əsgərli çıxış ediblər.

Regional birinciliyin keçirilməsində məqsəd cüdo idman növünün kütləviliyinin artırılması, güclü, perspektivli idmançıların aşkarlanmasıdır.

Azərbaycanda idmana göstərilən qayğıya görə ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə edən natiqlər yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra meydan yeniyetmə tatamiçilərə verilib.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev xəbər verir ki, birinciliyin ilk günündə 15 yaşa qədər yeniyetmə oğlan və qız cüdoçular arasında güclülər müəyyənləşib.

Məlumat üçün bildirək ki, yarışlarda cənub regionunu təmsil edən 6 komandadan (Şirvan, Biləsuvar, Neftçala, Salyan, Lənkəran, Masallı) 91 cüdoçu 20 çəki dərəcəsində medallar uğrunda mübarizə aparır.

Keçidlər