Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Bala Kolatan kənd məktəbində əlavə sinif otaqları istifadəyə verildi

08 oktyabr 2024 | 17:11

Masallı rayonunun Bala Kolatan kəndində tam orta məktəbin genişlənməsi məqsədilə yeni sinif otaqlarının açılışı olub.

             Bala Kolatan kəndində tam orta məktəbin otaqlarının sayının artırılması məqsədi ilə xeyriyyəçilərin maliyyə dəstəyi ilə 200 kv.metr ərazidə əlavə 5 sinif otağı tikilib istifadəyə verilmişdir. Yeni tikilib istifadiyə verilmiş otaqların açlışında Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, LARTİ-nin Masallı rayon Təhsil sektorunun müdiri Elman Rzayev, şəhid ailələri və kənd ictimaiyyəti iştirak  etmişlər.

            Açılış mərasimi Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

           Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, ölkədə təhsilə ayrılan diqqət, yeni təhsil ocaqlarının inşası və təhsilin keyfiyyətinin artırılması üçün görülən işlərdən danışıb. Xeyriyyəçilərə təşəkkür edərək onların əməklərinin yüksək qiymətləndirildiyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusi diqqət cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.

          Əlavə olaraq rayon rəhbəri iştirakçıların diqqətinə çatdırmışdır ki, 2023/2024-cü tədris ilində Bala Kolatan kənd tam orta məktəbini bitirən 8 nəfər şagirdin 6-sı ali məktəblərə qəbul üçün sənəd vermiş və 100 faizlik nəticə ilə qəbul olunmuşdur.

           Daha sonra çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev də təhsil sektorunda həyata keçirilən layihələrin əhəmiyyətindən geniş bəhs etmişdir. Şəhid ailələri və kənd ağsaqqalları da öz növbəsində çıxış edərək göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident  Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanlara minnətdarlıqlarını bildiriblər.

Məktəbin əsas binası bir müddət öncə əvvəl dövlət vəsaiti hesabına əsaslı təmir olunmuşdu və yeni sinif otaqları ilə birgə məktəbdə tədris artıq bir növbəli şəkildə həyata keçiriləcək.

Keçidlər