Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Banbaşı kəndində rayon rəhbərinin 07 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu

07 may 2025 | 17:24

07 may 2025-ci il tarixdə rayonun Banbaşı kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

Aparatın şöbə müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 3 nəfər vətəndaş tərəfindən 5 məsələ qaldırıldığını, məsələlərdən 3-nün müsbət həll olunduğu, 1 məsələnin nəzarətdə olduğu və 1 məsələ ilə bağlı isə vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.

Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər peroblemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, ərazi üzrə 11 ədəd yararsız elektrik dirəyi yenisi ilə əvəz olunmuş və 2,4 km məsafədə küçələr işıqlandırılmış, Binə Xocavar kəndinin bütün qaz xətləri yenilənmiş, Banbaşı ərazisində 630 metr kənddaxili yola asfalt örtüyü döşənmiş, 3,5 km məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmış, GPON lahiyəsi üzrə “Aztelekom” İB, “SelNet” MMC və “CityNet” MMC şirkətləri tərəfindən əraziyə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmiş və ərazi üzrə ümumilikdə 4,2 km məsafədə su aparıcı kanallar təmizlənmişdir.

Daha sonra şöbə müdiri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 300 ədəd və “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 200 ədəd olmaqla ümumilikdə 500 ədəd ağac əkilməsi, Böyük Xocavar kəndində yanmış 2 fərdi yaşayış evinin 1-i yenidən tikilməsi, digərinin isə əsaslı təmir olunması, Böyük Xocavar və Binə Xocavar kənd tam orta məktəblərinin istilik sisteminin yenilənməsi və Binə Xocavar-Çaxırlı yolunun cari təmir olunması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşmış, qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin etmiş və müraciətlərin həlli istiqamətində tapşırıqlarını vermişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.

Keçidlər