Masallının Banbaşı kəndində şəhid adına küçəyə asfalt döşəndi
Masallıda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətində işlər aparılır ki, bununla da şəhid ailələri onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edirlər. Bunun digər bariz nümunəsi olaraq Masallı rayonunun Banbaşı kəndində Vətən Müharibəsi şəhidi Akifzadə Elmir Gündüz oğlunun adına olan küçəyə asfalt döşənməsinə başlanılmasıdır. Qeyd etmək istərdik ki, asfalt örtüyü vurulan Şəhid Elmir Akifzadə küçəsinin uzunluğu 90 metr eni 3,5 metrdir.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Masallı rayonunun İcra Hakimiyyətinin Başçısına və zəhməti olan insanlara dərin minnətdarlığını bildirmişlər.