Masallının Boradigah qəsəbəsində “Təmiz kənd” ekoloji layihəsi
Masallı rayonunun Boradigah qəsəbəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz kənd” ekoloji layihəsi həyata keçirilir.
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı RİHB-nın Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Boradigah bələdiyyəsinin birgə təşkilatçılığı ilə Boradigah qəsəbə ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz kənd” ekoloji layihəsi həyata keçirilir.
Layihədə nəzərdə tutulduğu kimi hazırda qəsəbə ərazisi tullantılarından təmizlənir, məişət tullantıların yığılması və daşınması üçün fərdi yaşayış evlərinin, ticarət və içtimai-iaşə obyektlərinin qarşısında məişət tullantıları qutuları yerləşdirilir.
Qısa zaman ərzində qəsəbə ərazisində 200 ədəddən çox məişət tullantıları qutusu qoyulmuş və layihə üzrə ümumilikdə 500 ədəd qutunun qoyulması nəzərədə tutulmuşdur.