Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri

06 aprel 2024 | 16:23

Masallı rayonunun bütün ərazilərində bayram günlərində xüsusi olaraq təmizlik və abadlıq işləri ilə əlaqədar kütləvi iməcilik işləri təşkil edilir.

Belə ki, rayon ərazisində mərkəzi yollarda, ictimai yerlərdə, müxtəlif təşkilatların həyətlərində iməciliklər təşkil edilərək ərazilər məişət tullantılarından təmizlənir, yabanı otlar, kol-koslar qırılaraq məhv edilir, suaparıcı kanllarda təmizlik işləri aparılır, iri gövdəli ağaclar əhəng ilə ağardılır, yeni əkilmiş ağacların dibləri bellənərək suvarılır və yol kənarı hasarlar boyu əkilmiş gül-çiçəklərə xüsusi qulluq olunur.

Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyi tərəfindən də ərazilərdə xüsusi ayrılmış yerlərə yığılan məişət tullanrtıları ayrılmış texnikalar vasitəsi ilə poliqona daşınaraq çeşidlənir.

Keçidlər