Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Ərkivan qəsəbəsində “Göycə” ağacı yetişdirilir

05 may 2025 | 17:30

Göycə alçası qədim zamanlardan bəri yalnız Naxçıvanda becərilib. Lakin son illər respublikamızın digər regionlarında da yetişdirilir.

Masallı rayonunun Ərkivan qəsəbə sakini İsrail Nəzərov 15 ildir ki, xüsusi mülkiyyətində olan həyətyanı sahəsində "Göycə" bağı salmışdır. O, ilk dəfə ana tingləri Naxçıvandan gətirərək calaq üsulu ilə sayını artırmış və beləliklə ağacların sayını 250-yə çatdırmışdır.

“Göycə” ağacı yetişdirən təsərrüfat sahibi qeyd etmişdir ki, ilk dörd il bağa yalnız aqrotexniki qulluq göstərilmiş və 10 ildən artıqdır ki, ağaclardan məhsul yığılır.

Tingçiliklə də məşğul olan bağbanın həyətində müxtəlif növ ağaclar - naringi, gilas, ərik, gavalı, badam, xar, şah və yapon tutu mövcuddur.

Bidliririk ki, may ayının ortalarında məhsulun dərişinə başlanacaq və mövsüm boyu yığım bir neçə mərhələdə aparılacaqdır.

Keçidlər