Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Əzizabad kəndində daha 17 ev təbii qazla təmin olundu

29 fevral 2024 | 16:08

29 fevral 2024-cü il tarixdə Masallı rayon Qodman inzibati ərazisi dairəsinin Əzizabad kəndində növbəti mərhələ olaraq 17 fərdi yaşayış evin təbii qazla təmin olunması ilə əlaqədar açılış mərasimi keçirilmişdir.

            Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı idarəsinin rəisi Namiq Məmmədov, Lənkəran Regional Qaz İstismarı idarəsinin Masallı Xidmət Sahəsinin rəisi İxtiyar Seyfullayev, digər rəsmi şəxslər, kənd ağsaqqalları, ziyalılar və mətbuat əməkdaşları iştirak etmişlər.

            Əzizabad kəndi ucqar dağ relyefli ərazidə yerləşir. Kənddə 96 ev vardır. Kəndin əhalisinin sayı 455 nəfərdir.

            Kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı RİH başçısı Araz Əhmədova və Azəriqaz İB rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

            Eyni zamanda rəsmi şəxslər Masallı rayonunun Təzə Alvadı kəndində qaz xətlərində aparılan təmir işləri və yeni məhəllələrə qaz çəkilişi prosesi ilə yerində tanış olaraq müvafiq tapşırıqlarını vermişlər.

Keçidlər