Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Göyəçöl kəndində "Kitab Sərgisi"

28 dekabr 2022 | 21:21

"Göyəçöl Xeyriyyə Cəmiyyəti"-nin təşkilatçılığı ilə Masallı rayon Göyəçöl kənd N.Həsənov adına tam orta məktəbində "Kitab Sərgisi" təşkil olunmuşdur. 

 Sərgidə Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, ağsaqqallar, müəllimlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ətraf kənd məktəblərinin də iştirak etdiyi sərgidə, kitablar pulsuz paylanılıb. Sərgidə çıxış edən RİHB müavini Aybəniz Qafarova və digər qonaqlar "Göyəçöl Xeyriyyə Cəmiyyətinə" və təşkilatçılara təşəkkürünü bildirmişlər. Bu cür sərgilərin mütəmadi olaraq keçirilməsini məqsədəuyğun hesab edərək, davamlı olmasını arzulamışlar.

Keçidlər