Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
Masallı rayon İcra Hakimiyyətinin Başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Bütün qeyd olunanlara nümunə olaraq 08 aprel 2025-ci il tarixdə rayonun Hişkədərə kəndinə ağacəkmə aksiyasında iştirak etmək üçün səfər edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov aksiyadan öncə aparatın şöbə müdirləri, ərazi nümayəndəliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, bələdiyyələr, şəhid ailələri, din xadimləri və vətəndaşlarla birlikdə Hişkədərə kəndində dəfn edilən şəhidlərin məzarını ziyarət etmiş, qəbirüstü abidələri önünə tər qərənfillər düzərək şəhidlərin ruhunu ehtiramla yad etmiş və şəhidlərin uca məqamına dualar oxumuşlar.