Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə təkrar baxış keçirildi

09 yanvar 2026 | 17:44

09 yanvar 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, sektorun böyük məsləhətçisi Sinan Abbaslı və ərazi nümayəndəsi ilə birlikdə Masallı rayonunun Köhnə Alvadı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Həsənov Zöhrab Məmmədxan oğlunun ailəsini ziyarət etmişlər.

Ziyarət zamanı məsul əməkdaşlar şəhid ailəsi üçün tikilmiş evə təkrar baxış keçirmiş, ailənin sosial-məişət şəraiti ilə maraqlanmış və bildirmişlər ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur və qəhrəman şəhidlərimizin xatirəsini uca tutmaq, onların ailələrinin yanında olmaq hər birimizin əsas vəzifəsidir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər