Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Kolatan kəndində körpü bərpa edildi

31 oktyabr 2022 | 18:27

Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri Kolatan kəndinə gələrək, Böyük Kolatan kəndi ilə Bala Kolatan kəndini ayıran çayda aparılan işlərlə yaxından tanış oldular. Çayda görülən işlər barədə, Viləşçay Sİİ rəisi Rusif Kərimov və Rauf Cəbiyev məlumat verdi. Kənd ağsaqqalı Cəbrayıl Həmidov görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, RİHB cənab Araz Əhmədova, Viləşçay Sİİ rəisi Rusif Karimova və Rauf Cəbiyevə təşəkkür etdi. Rayon rəhbəri çıxış edərək, qeyd etdi ki, rayonda və kəndlərdə görülən bütün işlərin Cənab ilham Əliyevin diqqət mərkəzində olduğunun və siyasətinin göstəricisidir. Sonda cənab Araz Əhmədov da, görülən işlərin subasma hallarının qarşısını almaq məqsədilə həyata keçirildiyini diqqətə çatdırdı.

Qeyd edim ki, hər il yağan yağışlar nəticəsində yaranan sel zamanı çayın sahilində yerləşən evlərə, yardımçı tikililərə və təsərrüfatlara ciddi ziyan dəyirdi.

Keçidlər