Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının meşə dolayında kütləvi ağacəkmə aksiyası

11 noyabr 2024 | 13:21

Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi ağacəkmə aksiyaları davam etdirilir.

Belə ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Masallı rayonu ərazisində iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə tədbirləri həyata keçirilir. 

Həyata keçirilən tədbirlərin davamı olaraq Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən rayonun bütün ərazilərində olduğu kimi Yeyənkənd meşəbəyliyinin 16 saylı dolayında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Masallı Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı mərkəzinin birgə təşkilatçılığı ilə “11 noyabr Türk Dövlətləri Milli Ağaclandırma Günü” adlı kütləvi ağacəkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində ümumilikdə 9000 ədəd ağac əkilmiş və əkilən ağaclar suvarılaraq aqrotexniki qulluq göstərilmişdir.

Keçidlər