Masallının Öncəqala ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
06 mart 2025 | 17:39
Masallı rayon İcra Hakimiyyətinin Başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Bütün qeyd olunanlara nümunə olaraq 06 mart 2025-ci il tarixdə rayon rəhbərinin rayonun Öncəqala ərazisində keçirdiyi vətəndaş qəbulundan dərhal sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəliyi, din xadimləri və vətəndaşların iştirakı ilə ərazidə olan şəhidlərin məzarını ziyarət edilmiş, qəbirüstü abidələrinə tər qərənfillər düzərək ruhlarını ehtiramla yad etmişlər.
Ərazidə dəfn olunmuş bütün şəhid məzarları önündə Masallı Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, din xadimləri şəhid ailələri və sakinlərin iştirakı ilə dualar oxunmuşdur.