Masallının Qızılağac kəndində yolların carı təmiri geniş vüsət alımışdır
13 yanvar 2025 | 12:53
Rayonun Qızılağac kəndində 3 km-ə yaxın yola cari təmir olunmuşdur.
Belə ki, Qızılağac bələdiyyəsi və kəndin xeyriyyəçiləri tərəfindən ümumi uzunluğu 200 metr olan kənddaxili yola asfalt qırıntısı tökülmüş, Qızılağac kənd 1 saylı tam orta məktəbinə gedən 200 metr yola çınqıl tökülərək yayılmış və Viləş çayına gedən yol 2.6 km məsafədə qreyderlə hamarlanmışdır.