Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Rudəkənar kəndində rayon rəhbərinin 18 mart 2025-ci il tarixdə səyyar görüş-qəbulu

18 mart 2025 | 17:22

18 mart 2025-ci il tarixdə rayonun Mahmudavar ərazisinin Rudəkənar kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

Aparatın şöbə müdiri Elvin Fəttayev çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı 6 nəfər vətəndaş tərəfindən 6 məsələ qaldırılmış, məsələlərin 3-ü müsbət həll olunmuş,  2 müraciətin icrada olduğu və 1 müraciətə qanunamüvafiq cavab verildiyini bildirmişdir.

Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, Şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, ərazidə 18 ədəd elektrik dirəyi və 180 metr məsafədə elektrik xətti yenisi ilə əvəz olunmuş, Mahmudavar kəndində 2 ədəd qazpaylayıcı qurğu təmir olunmuş, ərazidə 900 metr məsafədə şəhid küçələrinə, 2,1 km məsafədə kənddaxili küçələrə asfalt örtüyü döşənmiş, 3,4 km məsafədə Molalan kənd mərkəzi yolu cari təmir olunmuş, 3,2 km məsafədə kənddaxili küçələrə çınqıl tökülmüş və 600 metr məsafədə kənddaxili yol qreyderlənmiş, əlavə olaraq asfalt örtüyü döşənmiş küçələrin kənarlarına çınqıl tökülərək hamarlanmış, GPON lahiyəsi üzrə “AzTelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmişdir.

Daha sonra şöbə müdiri Mahmudavar ərazisində ümumilikdə 220 metr məsafədə suaparıcı kanalın təmizlənməsi, I Qarabağ Müharibəsi şəhidi Mübariz Şahbazovun məzar üstünün yenidən qurulması, ərazidə ümumilikdə 350 ədəd ağacın əkilməsi və şəhidlər abidə kompleksinin cari təmir olunması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşmış, qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin etmiş və müraciətlərin həlli istiqamətində tapşırıqlarını vermişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.

Keçidlər