Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Sənaye Məhəlləsində  "Biznes Kamp" tədbiri

14 avqust 2023 | 19:15

Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı, sahibkarların iştirakı ilə Masallının Sənaye Məhəlləsində maraqlı "Biznes Kamp" təşkil olunub.

Tədbir çərçivəsində Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən tikiş fabrikində görülən işlərlə tanışlıq olıub.

Təşkil olunan görüşdə Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Niyazi Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı KOB Dostu Cavad Əzizov, Astara KOB Dostu Seymur Murtuzayev, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara üzrə direktor müavini Vüqar Xalıqov və media nümayəndələri iştirak edib.

Bununla yanaşı Masallı rayonunda fəaliyyət göstərən sahibkarlar da görüşdə iştirak edərək müəssisənin fəaliyyətləri ilə yaxından tanış olublar. 

Sənaye bölgəsində şəhid və qazi ailə üzvlərinin işlədiyi, gəbə toxunuş, işçi uniformalarının hazırlandığı tekstil fabrikinə ekskursiya təşkil edilib. Daha sonra Əlil Sahibkarlar Təşkilatı ictimai Birliyinin sədri Mirzəməmməd Vəliyev geniş söhbətində müəssisənin fəaliyyəti haqqında tədbir iştirakçılarına və qonaqlara ətraflı məlumat verib.

Keçidlər