Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Ulum və Dico kəndləri elektrik enerjisi ilə təmin olunacaq

21 fevral 2024 | 14:38

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Miyanku kənd inzibati ərazi dairəsinə daxil olan Dico və Ulum yaşayış məntəqələrini ziyarət edən zaman müəyyən etmişdir ki, kəndlərə gedən yollar orada yaşayan əhalinin gediş-gəlişi üçün çətindir və digər sosial problemlər mövcuddur.

Rayon rəhbəri qeyd olunan kəndləri ziyarət etdikdən sonra dərhal tapşırıq vermiş və kəndə gedən yolda təmir bərpa işləri aparılmış, nəqliyyatın həmin kəndlərə gediş gəlişi təmin olunmuşdur.

Əlavə olaraq bildirmək istərdik ki, rayon rəhbərinin təşəbbüsü ilə müvafiq qurumlara yuxarıda adları qeyd olunan kəndlərdə yaşayan əhalinin elektrik, su və təbii qazla təmin olunması istiqamətində müraciətlər ünvanlanmışdır. Artıq Azərbaycan Respublikasının Nazırlər Kabineti tərəfindən Masallı rayonunun Ulum və Dico kəndlərinə yaşayan sakinlərin sosial problemlərinin həlli ilə əlaqədar növbəti mərhələdə elektrik enerjisinin çəkilməsi istiqamətində qərar qəbul edilmişdir.

Ulum və Dico kəndləri ucqar dağlıq ərazidə və çətin relyefdə yerləşməsinə baxmayaraq rayon rəhbərinin nəzarətindədir. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov mütəmadi olaraq həmin kəndləri ziyarət edir, orada görülmüş işlərlə yerində tanış olur, müvafiq tapşırıqlar verir, həmin kəndlərdə yaşayan sakinlərlə evlərində görüşərək qayğıları ilə maraqlanır.

Keçidlər