Masallının “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkildi
17 mart 2023 | 18:29
Yazın gəlişi ilə Masallıda yaşıllaşdırma işlərinə start verilib.
Martın 17-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsi, YAP Masallı rayon təşkilatı, Statistika idarəsi və Yaşıllaşdırma müəssisəsi ilə birlikdə Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirmişlər.
Aksiya iştirakçıları şəhərin Viləş çayı sahilində salınmış “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkilmişlər.