Masallı Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 2022-ci il tarixli vətəndaş qəbulu
12 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda 30 nəfərə yaxın vətəndaş — Nəsirov Möhübbət Məmmədzadə, Ələsgərov Ramid Ələsgər oğlu, Ələkbərli Qalib Zöhrab oğlu, Ələkbərov Zöhrab Arazxan oğlu, Əliyeva Sahilə Xudaverdi qızı, Abıyev Səlahəddin Aşur oğlu, Məmmədov Müslüm Qulam oğlu, Abiyev Cəmaləddin Aşur oğlu, Dadaşov Cabir Kərim oğlu, Gözəlov Valeh Arzuman oğlu, Mikayılov Malik Süleyman oğlu, Xəlilov Hamil Cəlil oğlu, Qasımova Xanpəri Hüseyn qızı, Əmişova Aysel Əbülfət qızı, Həsənov Həsən Hüseyn oğlu, Mehtiyev Elvin Kamal oğlu, Əliyev Ruslan Rüfət oğlu, Əhədov Əhəd Əhməd oğlu, İsayev Azər Qiyas oğlu, Heydərova Zəmirə Ağaxan qızı və başqaları iştirak etmiş, qanunsuz həbs olunması, maddi kömək, məşğulluq və işlə təmin olunması, payıbəlli, həyətyanı torpaq sahəsi, evə qaz, işıq xəttinin çəkilməsi, işlə təmin olunması, sağlamlıq məhdudiyyətinə görə əlillik dərəcəsinin təyin edilməsi, oğurluq hadisəsi ilə bağlıistintaq işinin düzgün aparılmaması, şəxsi ev tikintisində maneə ilə qarşılanması, mənzil növbəsi, xəstə uşağına maddi yardım göstərilməsi, binanın satılması və s. məsələlər barəsində müraciətlər etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.