Masallı Rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2022-ci il tarixli vətəndaş qəbulu
18 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Görüşün əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Birinci Yeddioymaq, Köçəkli, Babaser, Sığdaş Qızılağac, Viləş, Qədirli, Bambaşı, Həsənli, Hüseynhacılı, Kolatan, Şərəfə, Şatıroba, Nəzəroba, Təzə Alvadı, Qəriblər, Yeyənkənd, Xıl, Xırmandalı, Meşəkənarı, Mahmudavar, Qızılavar, Qədirli, Ətcələr, Çaxırlı, Ləngan və digər kəndlərindən 49 nəfər vətəndaş müraciət etmişdir.
Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 12-i dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.
Qeyd etmək yerinə düşər ki, Araz Əhmədov vətəndaş qəbulundan sonra aidiyyatı idarə və müəssisələr, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə birlikdə ərazilərdə qanunsuz tikililərlə bağlı RİH-nin bu sahəyə həsr olunmuş müşavirəsindən sonraki iclasını keçirmiş, tapşırıq və tövsiyələrini vermişdir.