Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 2022-ci il tarixli vətəndaş qəbulu
21 oktyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Növbəti qəbulda Masallı şəhər, Güllütəpə, Köçəkli, Həsənli, Kosakül, Bambaşı, Göyəçöl, Xırmandalı, Sərçuvar, Qızılağac, Tüklə, Səmidxan, Qızılavar, Şərəfə, Təzəkənd, Türkoba, Yeddioymaq, Qədirli, Miyankü, Ətcələr, Qasımlı, Çaxırlı, Qarğalıq, Lürən, Mahmudavar, Sığdaş kəndlərindən 55 nəfərə yaxın vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 16-ı dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.