Masallı Rayon İcra Hakimiyyəti başçısının 28 oktyabr 2022-ci il tarixli vətəndaş qəbulu
28 oktyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Sərçuvar, Sığıncaq, Təklə, Hüseynhacılı, Qəriblər, Birinci Səmədxanlı, Alışanlı, Qodman, Təzəkənd, Tatyanoba, Xırmandalı, Öncəqala, Lürən, Qasımlı, Yeddioymaq və digər kəndlərdən 50 nəfərə yaxın vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 12-i dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.