Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyəti başçısının 7 oktyabr 2022-ci il tarixli vətəndaş qəbulu

07 oktyabr 2022 | 16:29
7 oktyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə,  Göyəçöl, Ərkivan, Musakücə, Sərçuvar, Böyük Xocavar, Xırmandalı, Səmidxan, Sığdaş, Qəriblər, Şıxlar, Təzə Alvadı, Qarğalıq, Qədirli, Həsənli, Köçəkli, Yeyənkənd, Qızılavar, Tüklə, Bədəlan, Böyük Kolatan, Mahmudavar və digər kəndlərindən 60 nəfərdən çox vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 22-i dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.

Keçidlər