Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb

17 noyabr 2022 | 16:33

Masallı Rayon Statistika İdarəsindən bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə 60 milyon 554 min 700 manatlıq, 2021-ci ilin eyni dövrünə nisbətən 8 milyon 411min 700 manat və ya müqayisəli qiymətlərlə 5,4 faiz çox ödənişli xidmətlər göstərilib.

Cari ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 6 milyon 148 min 800 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 763 min 800 manat və ya müqayisəli qiymətlərlə 3,0 faiz çoxdur.

Hüquqi şəxslər üzrə ödənişli xidmətlər 12,6 faiz, fiziki şəxslər üzrə ödənişli xidmətlər isə 3,2 faiz artıb.

Keçidlər