Masallı RIH başçısının 25 noyabr 2022-ci il tarixli vətəndaş qəbulu
25 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Görüşün əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Bala Təklə, Təklə, Bala Kolatan, Yeyənkənd, Sığdaş, Qızılağac, Güllütəpə, Hüseynhacılı, Böyük Xocavar, Əzizabad, Xırmandalı, Alışanlı, Təzəkənd, Kolatan, Viləş, Çaxırlı və digər kəndlərindən 50 nəfər vətəndaş müraciət etmişdir.
Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 14-ü dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.
Qeyd edək ki, Masallı RİH başçısı cənab Araz Əhmədov vətəndaş qəbulundan sonra aidiyyatı idarə və müəssisələr, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə birlikdə ərazilərdə qanunsuz tikililərlə bağlı RİH-nin bu sahəyə həsr olunmuş vacib müşavirəsindən sonrakı tapşırıq və tövsiyələrinin, digər məsələlərin necə yerinə yetirilməsi ilə bağlı sualları ətraflı cavablandırılmışdır.