Mədəni irsin nəsildən nəsilə ötürülməsi
Masallı Tarix -Diyarşünaslıq Muzeyində İnsan hüquqları layihəsi çərçivəsində “Mədəni irsin nəsildən nəsilə ötürülməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar -Texnologiya Kollecinin tələbə və müəllimləri iştirak etmişlər.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra muzeyin elmi işçisi Dilgüşə Məmmədova Kollecin muzeyşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələrinə “Muzey işi və mədəni irsin təbliği” mövzusunda geniş məruzə etmişdir. Muzeyin direktoru Əntiqə Tağıyeva və kollecin müəllimi Aytən Kərimova tələbələrə yiyələndikləri peşənin xüsusi özəlliklərindən danışaraq onların dövlətin və ölkəmizin daha da inkişaf edə bilməsində görə biləcəkləri işlərdə məsləhət və tövsiyələrini vermişlər.
Tədbirin yekununda tələbələr muzeyə və qalereyaya ekskursiya etmişlər.