”Mədəniyyət kəndlərdə” -Şərəfə kəndində...
Masallı rayonu ərazisindəki qədim yaşayış məntəqələrindən olan Şərəfə kəndində təşkil edilmiş tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə,mədəniyyət işçiləri, Şərəfə və Həsənli kənd məktəbəqədər təhsil müəsisələrinin kollketivləri, şəhid ailələri, kənd ictimaiyyəti iştirak edib.
Əvvəlcə Şərəfə kəndində yerləşən “Şəhidlər abidə kompleksi”nin önünə gül dəstələri qoyulub, sonra Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirakçıları salamlayaraq layihənin məqsədlərindən danışıb.
Kənd ziyalısı Fariz Əsgərov tədbirin keçirildiyi Şərəfə kəndinin tarixi barədə qısa arayış verib.
Tədbir Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. “Halay” və “Həcər” Folklor Kollektivlərinin çıxışları da tədbirə xüsusi rəng qatıb. Eyni zamanda,tədbirdə məktəblilər və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları tərəfindən rəqslər ifa edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Yeniyetmə idmançılar isə nümunəvi idman nömrələri göstəriblər.
Yekunda tədbirlərdə aktiv iştirak edən mədəniyyət işçiləri və məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”ləri təqdim edilib, həmçinin xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və istedadlı gənclərin aşkar edilərək, dəstəklənməsi məqsədilə keçirilir.