Məişət zorakılığına qarşı mübarizə
29 iyun tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Dini Qurumla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsinin birgə təşkilatçılığı ilə ” Azərbaycan Pespublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Fəalliyyət Planı” a əsasən “ Məişət zorakılığına qarşı mübarizə” mövzusunda Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində maarifləndirilmə tədbiri keçirilb.
Tədbirdə məktəbli qızlar və müəllimlər iştirak etdilər.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri çıxış sozü ilə açan məktəbin direktoru Mehriban Əzizova vətəndaş hüquqlarının pozulmasına gətirib çıxaran məişət zorakılığı haqqında danışdı.
Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva məşiət zorakılığının probleminin qarşısının alınması üçün günclü qanunvericilik, dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılığ hallarına adikvat reaksiya verilməli ,yalnız və yalnız birgə səylərlə daha əməyi, daha doğru nəticə əldə etmək mümkün olduğunu dedi
Daha sonra DQİDK-nin Masallı Bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli məişət zoprakılığı ilə bağlı ölkəmizdəki vəziyyət, məişət zorakılığına qarşı qanunvericilik bazasının tətbiqi, müxtəlif qurumlar arasında birgə tədbirlər planının laiyəhəsi haqqında, həmçinin məişət zorakılığın qarşısının alınması sahəsində əlaqəli, gücləndici,məqsədli şəkildə görülmüş müvafiq işlərdən danışdı.
Muzeyin əməkdaşı Dilgüşə Məmmədova yeniyetmə qızlara ölkəmizin gələcəyinin sağlam və əmin əllərdə olmasında ötrü onların bu gün doğru maariflənməsinə ,milli-mənəvi dəyərlərə qiymət verərək elmə yiyələnmək və gələcəyimizin tərbiyəçi ananları olaraq mükəmməl şəkildə yetişmələrini tövsiyə etdi.
Tədbirin sonunda yeniyetmə qızların mçövzu ilə bağlı sualları cavablandırıldı.