Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəblilər üçün sosial sahibkarlıq dərnəkləri” layihəsi

11 yanvar 2023 | 14:23

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsi”ndə qalib olmuş Masallı rayon Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbin icra etdiyi “Məktəblilər üçün sosial sahibkarlıq dərnəkləri” layihəsinə start verilib.

Layihənin ilk təlimi Masallı rayon Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbində təşkil edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru və layihə rəhbəri Tural Nuriyev layihənin donoru və məqsədi barədə bəhs edib: “Layihənin əsas məqsədi məktəblilərdə sosial sahibkarlıq, peşə və geridonüşümlə bağlı yeni ideyalar yaratmaq və bu yönümdə onların bilik və bacarığını artırmaqdır. Layihə Masallı rayonunun 15 məktəbində təlim formatında təşkil olunacaq. Daha sonra hər məktəbdən seçilmiş 15 məktəbli Lənkəran şəhərində iki günlük Sosial Sahibkarlıq Düşərgəsinə cəlb olunacaq. Sonda isə Masallı rayonunun sosial-iqtisadi potensialını daha yaxından görmək üçün müxtəlif müəssisə və qurumlara infoturlar təşkil ediləcək...”

Layihənin eksperti Nemət Əliyev layihə çərçivəsində hazırlanmış buklet və kitabçalar haqqında məlumat verib.

Daha sonra təlimçi Rafət Şirəliyev layihənin məqsədinə uyğun təlim keçib, müxtəlif qrup işləri ilə məktəblilər fəaliyyətlərə cəlb edilib.

Təlimdə iştirak edən məktəblilərə sertifikatlar təqdim olunub.

Keçidlər