Şriftin ölçüsü :

Saytın rəngi :

Milli dövlətçiliyimizin qurulmasında müstəsna xidməti olan Yeni Azərbaycan Partiyası

18 noyabr 2022 | 22:12

Noyabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş “Milli dövlətçiliyimizin qurulmasında müstəsna xidməti olan Yeni Azərbaycan Partiyası” mövzusunda tədbir keçirilib.

YAP Masallı rayon təşkilatı və Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədr müavini Gülcahan Vəkilzadə mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, öz gücünü Ulu öndər Heydər Əliyev  ideyalarından alan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük bir inkişaf yolu keçib və bu gün partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi  ilə inkişafının yeni mərhələsini yaşayır. Yenilikçi və avanqard  siyasi  təşkilat olan YAP  nəinki Azərbaycanda,  bütövlükdə  Cənubi  Qafqaz regionunda ən böyük siyasi qüvvədir.

Daha sona Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova çıxış edərək Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsindən söz açıblar.

Keçidlər