“Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından bəhrələnir” adlı tədbir
Sentyabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində 18 sentyabr “Milli musiqi günü”nə həsr olunmuş “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından bəhrələnir” adlı tədbir keçirilib.
Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı şəhər XI illik İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəyli və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, gənc tələbə Əfsanə Rüstəmzadə qonaqları salamlayaraq tədbiri açıq elan edib. Ə.Rüstəmzadə bu günün Azərbaycan peşəkar musiqi sənətinin banisi,Şərqdə ilk operanın müəllifi ,dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı olduğundan bəhs edib .
Tədbirin rəsmi hissəsində Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva , Masallı rayon Tarixdiyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva bildiriblər ki, Mədəniyyət və incəsənət Heydər Əliyev siyasətinin ən bariz tərkib hissələrindən biri idi.Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yeri olan Üzeyir Hacıbəyli, Qara Qarayev,Niyazi,Fikrət Əmirov və bor çox bəstəkarlara ən ali səviyyədə dəyərin verilməsi, Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına,mədəniyyət xadimləri və ictimaiyyətinə yüksək qayğısının parlaq nümunəsi idi. Mədəniyyət və incəsənət sahələrinin bugünki inkişaf cəhətləri ulu öndərin ideyalarından bəhrələnərək,özünəməxsus müasir çalarları ilə ümumbəşəri səciyyə daşıyır.
Daha sonra Masallı şəhər XI illik İncəsənət məktəbinin direktoru Fərhad Qurbanov çıxış edərək bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera,ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi mənsub olduğu xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.
Tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam etdirilib. Xl illik İncəsənət məktəbinin xalq-çalğı alətləri ansamblı,uşaq xorunun və istedadlı müəllim və şagirdlərin təqdim etdiyi klassik musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda iştitakçılarla xatirə şəkli çəkilib.