Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Səfəralı Məmmədovun 61-ci doğum günü

14 oktyabr 2024 | 17:53

14 oktyabr 2024-cü il tarixdə Masallı rayonunun Sərçuvar kəndində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədovun anadan olmasının 61-ci ildönümü ilə əlaqədar ailəsi və məzarı ziyarət olunmuşdur.

Doğum günündə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə və Masallı Rayon İcra Hakimiyyəti Başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Milli Qəhrəmanın ailəsi ziyarət olunmuş, qayğıları ilə maraqlanılmış və məzarı ziyarət olunaraq ruhuna dualar oxunmuşdur.

Keçidlər