Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb

17 fevral 2024 | 10:09

Masallı rayonunun Sərçuvar kəndində Azərbaycanın ilk Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədovun anım tədbiri keçirilmiş, büstü önünə tər güllər düzərək əziz xatirəsi yad edilmişdir.

Daxili işlər orqanlarında xidmət etmiş Səfəralı Məmmədov Vətən uğrunda gedən döyüşlərdə iştirak edib, şücaəti ilə fərqlənib. O, 1992-ci ilin fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini azğınlaşmış erməni dəstələrindən xilas edən zaman döyüşərək şəhid olub.

Tədbirdə çıxış edənlər Səfəralı Məmmədovun həyat və döyüş yolunun hər bir Azərbaycan gənci üçün örnək olduğunu, Milli Qəhrəmanın əziz xatirəsinin daim ehtiram ilə xatırlanacağını bildiriblər.

Çıxış edənlər bu gün Səfəralı Məmmədovun ruhunun şad olduğunu, uğrunda döyüşərək canını fəda etdiyi Vətən torpaqlarının artıq işğaldan azad olunduğunu və həmin torpaqlarda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən şanlı bayrağımızın ucaldıldığını bildiriblər.

Qeyd edək ki, S.Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərindəki küçələrdən birinə, cəsur döyüşçünün təhsil aldığı məktəbə onun adı verilib. Oxuduğu məktəbin həyətində büstü qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı sənədli film çəkilib.

Keçidlər