Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü münasibəti ilə konsert

15 iyun 2022 | 09:08
15 iyun 2022-ci il tarixdə Masallı rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.Tədbir axşam saatlarında Masallı şəhər Heydər Əliyev Parkında davam etdirilib. Belə ki, Parkda Milli Qurtuluş Günü münasibəti ilə böyük konsert proqramı təqdim edilib.
Möhtəşəm bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, idarə və müəssisə rəhbərləri, hüquq- mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, məktəblər, rayonun tanınmış ictimaiyyətçiləri, KİV nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konsertdə xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyi bildirilib.
Konsert  başlamazdan əvvəl çıxış edən Masallı RİH başçısı Şahin Məmmədov rayon sakinlərini Milli Qurtuluş Günü bayramı münasibətilə təbrik edərək, geniş nitqində 1993-cü ilin may-iyun aylarında hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdığını və 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Bildirilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində torpaqlarımız erməni işğalından azad olunub.

Bayram tədbiri respublikanın tanınmış incəsənət ustaları - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Səidə Şərifəliyeva, Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahidov, Şamo İbayev, Miriş Hüseynov, qazi Rəşad Cənublu və Naza Veysəlova, "Halay" folklor və "Masallı" rəqs kollektivlərinin iştirakı etdiyi rəngarəng, maraqlı konsert proqramı ilə davam edib.

Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Keçidlər