Şriftin ölçüsü :

Saytın rəngi :

Miyanku ərazisində səyyar görüş-qəbulu

17 avqust 2022 | 15:50

17 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Miyanku ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlayıb, səyyar görüş qəbulunu açıq elan edib.

Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Həsənov Rzabala Hacıbala oğlu, Tahirov Fuad Balağa oğlu, Ağayev Feyzi Həsən oğlu, Kərimov Ağarza Şahrza oğlu, Ağayev Xudaverdi Hacı oğlu, Qənbərov Ağadadaş Qənbər oğlu, Nəzərov Nazim Nəzir oğlu, Fərziyeva Solmaz Mahmud qızı, Tahirov allahverən Bayraməli oğlu, Fərziyev Əziz Məhərrəm oğlu, Fərziyev Cəmaləddin Həsənağa oğlu, Şabanov Əbülfəz Sabir oğlu və başqaları evinin yaxınlığında olan qəzalı elektrik transformatorun tezliklə dəyiişdirilməsi, ərazinin Kubin kəndinə qaz xəttinin çəkilməsi, rabitə xəttlərinin yenilənməsi, pay torpağı aktında adının səhv yazılması, kənddə uşaq bağçasının olmaması, qızına həyətyanı torpaq verilməsi, universiteti bitirən qızının işlə təmin edilməsi, yataq xəstəsi, ağır maşınlar idarə edən oğlunun ukraynalılar tərəfindən güllə yarası alması, əraziyə marşrut xəttinin açılması, mərkəzi asfalt yollarında avtomobillərin yüksək sürətlə idarə olunması, həmin yerlərə zolaq, yol işarələrinin vurulması, iş istəməsi, məktəbin əsaslı təmiri, heyvan oğurluğu, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və s. məsələlər barədə müraciətlər etmişlər.

 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

 

Keçidlər